nahcivan
  Nahcivan Muxtar Respublikası
 


 

 Naxçıvan Muxtar Respublikası

   1920-1923-cü illərdə Naxçıvan Sovet Sosialsit Respublikası, 1923-1924-cü illərdə Naxçıvan Muxtar Diyarı, 1924-1990-cı  illərdə Naxçıvan Sovet Sosialist Respublikası, 1990-cı ildən Naxçıvan Muxtar Respublikası adlanır. Azərbaycan Respublikasının tərkibində muxtar dövlətdir. Şimalda və şərqdə Ermənistan Respublikası (sərhəd xəttinin uzunluğu 246 km), qərbdə və cənubda Türkiyə (11 km) və İran İslam Respublikası (204 km) ilə həmsərhəddir.

         Muxtar  Respublika ərazisinin sahəsi 5,5 min km2 (xəritəyə bax). Əhalisi 365 min nəfərdir, 7 inzibati rayonu (Babək, Kəngərli, Culfa, Ordubad, Sədərək, Şahbuz, Şərur), 5 şəhər, 7 qəsəbə, 208 kəndi  vardır.

            Paytaxtı Naxçıvan şəhəridir. 

  
          

Naxçıvan Muxtar Respublikası
        Kiçi Qafqazın cənub-qərb qurtaracağında yerləşir. Mürəkkəb təbii şəraitə malikdir. Ərazisi 5,500 km², əhalisinin sayı 370,000. Naxçıvan Muxtar Respublikası tipik dağlıq ərazidir. Ərazisisinin 32 faizi (Araz boyu düzənlik) dəniz səviyyəsindən 600-1000 metr yüksəklikdə, 48 faizi 2000 metrədək yüksəklikdə, 20 faizi isə 2000 metrdən yüksəklikdə yerləşir. Dağlıq ərazi şimaldan Dərələyəz və şərqdən Ələngəz dağları ilə əhatə olunmuşdur. Kiçik Qafqaz dağ silsiləsinə mənsub Ələngəz dağlarının ən yüksək nöqtəsi Qapıcıq dağı (3906 m), Dərələyəz dağlarının ən yüksək zirvəsi isə Kükü dağıdır (3120 m). 1918-ci ildə SSRİ-nin Erməni əsilli liderləri tərəfindən Zəngəzurun Ermənistana verilməsi ilə əlaqədar Naxçıvanın ərazisi Azərbaycanın əsas hissəsindən ayrı düşmüşdür. Ermənistan, İran və Türkiyə ilə sərhəddə malikdir.Bölgənin ən önəmli cəhəti tarixi keçid və ticarət yolları üzərində yerləşməklə Qərb ilə Şərqi birləşdirməsidir. Buna görə də bölgəyə "Şərqin qapısı" adı verilmişdir.

                                                                                                                             

 

 

 

 
   
 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol